İspaniyanın "Real" klubunun ev oyunlarını keçirdiyi "Santyaqo Bernabeu" stadionunda yenidənqurma işləri yekunlaşmaq üzrədir. Matc.az xəbər verir ki, Madrid təmsilçisi artıq gələn aydan ev oyunlarını doğma stadionunda keçirəcək. Bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.
 
Xəbərdə, "Real"ın La Liqanın 4-cü turu çərçivəsində "Selta"ya qarşı sentyabrın 11-də keçirəcəyi ev oyununun "Santyaqo Bernabeu" stadionunda oynanılacağı bildirilib.
 
"Santyaqo Bernabeu" stadionu ötən ildən təmirə bağlanıb. "Real" bu səbəbdən ev oyunlarını 6 min nəfərlik tutumu olan "Alfredo Di Stefano" stadionunda keçirir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest