25 Avqust 2021, 11:32
TOP OYUNLARI
Avqustun 24-də Azərbaycan Voleybol Federasiyasının baş katibi, Avropa Voleybol Konfederasiyasının İdarə Heyətinin üzvü Cəlil Cəfərov, Serbiya Voleybol Federasiyasının prezidenti Zoran Qayiç və Avropa Voleybol Konfederasiyasının (CEV) nümayəndə heyət ilə görüşüb. Matc.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Serbiyanın paytaxtı Belqradda baş tutan görüş zamanı Azərbaycan və Serbiya voleybol federasiyaları arasındakı dostluq münasibətinin daha da möhkəmlənməsi və qarşıda duran planlardan danışılıb.