Futbol üzrə Moldova çempionatında 8-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Orxan Qurbanlının formasını geyindiyi "Dinamo-Avto" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Zimbru" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məhsuldar heç-heçə ilə ayrılıb – 3:3.
 
Orxan bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
 
"Dinamo-Avto" 8 turdan sonra 5 xalla 8 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest