Futbol üzrə Rusiya Premyer Liqasında 6-cı turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi "Arsenal" (Tula) da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Axmat"la qarşılaşıb. Ayazın komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.
 
Quliyev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
 
"Arsenal" geridə qalan 6 turda cəmi 4 xal toplayıb və 16 kollektiv arasında 15-cidir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest