31 Avqust 2021, 14:23
TOP OYUNLARI
Avropa Voleybol Konfederasiyası Azərbaycan Voleybol Federasiyasının həkimi, Avropa Voleybol Konfederasiyasının (CEV) Tibb Komissiyasının üzvü Vüsalə Kazımovaya növbəti dəfə etimad göstərib. Matc.az xəbər verir ki, həmyerlimiz oğlan və qız voleybolçular arasında keçiriləcək çimərlik voleybolu üzrə U-18 Avropa çempionatının oyunlarına təyinat alıb.
Kazımova 2-5 sentyabr tarixlərində Sloveniyanın Lyublyana şəhərində keçiriləcək oyunlara Avropa Voleybol Konfedrasiyasının (CEV) Tibbi nümayəndəsi olaraq nəzarət edəcək.