11 Oktyabr 2018, 13:16
PARİS-2024
Bakı Olimpiya Stadionundakı görüşün baş hakimi İvan Bebek olacaq. Ona Tomislav Petroviç və Miro Qrqiç kömək edəcək.
Azərbaycan yığmasının Millətlər Liqasının IV turunda Malta ilə keçirəcəyi oyunun hakimləri açıqlanıb. Matç.az saytı xəbər verir ki, oktyabrın 14-də baş tutacaq qarşılaşmanı xorvatiyalı hakimlər idarə edəcək.
Bakı Olimpiya Stadionundakı görüşün baş hakimi İvan Bebek olacaq. Ona Tomislav Petroviç və Miro Qrqiç kömək edəcək.
Dördüncü hakim funksiyası Qoran Patakiyə həvalə olunub. Mario Zebeklə Qoran Qabrilo isə matça əlavə köməkçi hakimlər kimi təyinat alıb. Yunanıstanlı İoannis Tsaçilidis qarşılaşmanın hakim-inspektoru, ukraynalı Vladimir Heninson UEFA nümayəndəsi olacaq.