21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Milan Obradoviç Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilmiş Xorvatiyaya qarşı oyunu şərh edib.

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Milan Obradoviç Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilmiş Xorvatiyaya qarşı oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 0:2 hesabıyla uduzduqları matçdan sonra bunları söyləyib:
 
"Qrupun aşkar favoritinə qarşı oynadıq. Xorvatiya millisi bizə qarşı çox yaxşı hazırlaşmışdı. İlk hissədə sadə səhvlərə yol verdik, futbolçular qeyri-dəqiq ötürmələrlə yadda qaldı. Demək olar ki, rəqib ilk hissədə bizə oynamağa imkan vermədi. Məhz buna görə də, taktiki və fiziki cəhətdən daha hazırlıqlı olan Xorvatiya yığması fasiləyə kimi iki dəfə bizi məyus etdi. Lakin ikinci hissədə əvəzetmələr sayəsində hücum qurduq, topa nəzarət edə bildik. Amma təəssüf ki, əlimizə düşən şanslardan yararlana bilmədik. Qarşıda bizi Avstriya millisi ilə oyun gözləyir. ümid edirəm, Xorvatiya yığmasına qarşı görüşdə buraxdığımız səhvləri təkrarlamayacağıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest