Bu gün 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi I MDB oyunları çərçivəsində ilk matçını keçirib. Matc.az xəbər verir ki, Rusiyanın Kazan şəhərində baş tutan qarşılaşmada komandamız belaruslu həmyaşıdlarına məğlub olub – 0:6.
 
B qrupunda yer alan U-19 növbəti oyununu sentyabrın 9-da keçirəcək. Ağatahir Əzimovun başçılıq etdiyi komanda Qırğızıstanın müvafiq yaş qrupundan ibarət millisi ilə qarşılaşacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest