Türkiyənin "Bandırmaspor" komandasının 6 futbolçusunda koronavirus aşkarlanıb. Matc.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.
 
Xəbərdə bildirilir ki, TFF 1-ci liqanın növbəti turu çərçivəsində keçiriləcək "ümraniyəspor"la səfər oyunundan öncə komandanın kollektivindən COVİD-19 testi götürülüb. Nəticədə 6 futbolçunun koronavirus testi pozitiv çıxıb. Adları açıqlanmayan oyunçuların hamısı karantinə alınıb.
 
"ümraniyəspor" – "Bandırmaspor" matçı sentyabrın 11-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest