Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Emin Mahmudov Dç-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində ikili mübarizədən ən çox qalib ayrılan futbolçudur.
 
Matc.az UEFA-nın saytına istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi 26 dəfə belə top qazanıb. Mahmudovu sloveniyalı müdafiəçi Petar Stoyanoviç izləyir (18).
 
Azərbaycan millisinin digər üzvü Anton Krivotsyuk isə 3-cü sırada qərarlaşıb. O, 17 dəfə rəqibindən topu oğurlaya bilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest