"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın III turunda "Keşlə"yə qalib gəldikləri matçdan (2:0) sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

O, əvvəlcə görüş barədə fikirlərini bildirib:

- İlk dəqiqələrdən tam düşündüyümüz kimi üstünlüyümüz oldu. Topa nəzarət edirdik. ümumilikdə ilk yarıda qırmızı vərəqəyə qədər yaxşı oynadıq. Qırmızıdan sonna futbolçular konsentrasiyanı itirdi. Rəqib azlıqda idi və bundan istifadə etməyə çalışdıq. çox vacib qələbə qazandıq.

- ötən mövsümkü, yoxsa bu mövsümkü komandanız güclüdür?
- Oyunumzuda dəyişiklik etməyə çalışırdıq. Daha hücumameyilli oynamaq istəyirik. Heyəti də komplektəşdirəndə o düşüncələrlə edirik. Bəzən alınır, bəzən düşündüyümüz kimi getmir. ümumən çıxışımızdan razı qaldım.

- Təmkin Xəlilzadə hansı mövqedə daha yaxşıdı?
- Təmkin universal futbolçudu. Hücumameyilli də oynayır. Amma mən onu sol cinahda görürəm. Sadəcə, Broqno zədələndi, fərdi məşq edir. O qoşulandan sonna Təmkini sol cinah müdafiəçisi kimi düşünəcəm.

- Komandanın ön xətdə yükünü kim daşımalıdı?
- ümumiyyətlə, hazırda heyətin komplektəşməsi önəmlidi. Son dönəmdə geniş mövzudu ki, hər məşqçi geniş heyətin olmasını istəyir. Komandamızın oyununda liderlər önə çıxır. Bunlar Ağabala, Coşqun, Hamdui, Volkovdu. Hər bir futbolçumuzun ldier keyfiyyəti var. Bir az daha inamlı olmaq və məsuliyyəti götürüb, daha düzgün davranmaq çox önəmlidi.

- Komandanın potensialı nədi?
-Bugünkü oyundan razı qaldım. Rəqib qırmızı alandan sonra komandada konsentrasiya pozuldu. Amma ikinci hissədə istəkli idik. Qırmızı vərəqənin də rolu var idi. Əminəm ki, hər bir məşqçi heyətdən və potensialdan asılı olmayaraq, nəticə istəyir. Müasir futbolda hamı nətocə vermək istəyir. Biz də yuxarı yerlər üçün oynayacağıq. Amma zaman göstərəcək. Mən də iddialıyam, futbolçular da, rəhbərlik də. Hamı istəyir. Elə şeylər var ki bizim əlimizdə deyil. çox hücum edərsən, amma rəqib qol vurar.

- Milli üçün can qoymuş biri kimi sizcə, yığmanın bu nəticələri gözlənilən idi?
- Hazırda gündəmdə olan məsələdi. Həmişə milli aktual mövzudu. Fərq odu ki ,indi potensial daha çoxdu. Bizim dövrümüzdə 4-5 oyunçu var idi ki, yükü onlar daha çox daşıyırdı. Digər fərq odur ki, o zaman komandamız daha ruhlu, daha istəkli, sanki biraz mehriban, hamını nəticəyə köklənən atmosfer var idi. Baxırsan ki, məncə, daha yaxşı oynaya bilərik. Hamı fikrimlə razıdı. De Byazi də fikirlərini deyəndə komanda bəzən onun istədiyi kimi oynamır, amma yaxşı potensialımız var. Düşünürəm ki, yaxın gələcəkdə bundan daha yaxşı oynayıb, daha yaxşı nəticələr əldə edəcəyik.

- Bu oyuna revanş kimi baxırdız?
- Qəti baxmırdım. Futbolçular qarşısında dilimə də gətirməmişəm. Elə olur ki, rəqib səni böyük hesabla udur və ya qeyri-etik sözlərdən istifadə edə bilər. Belə olsa, bundan revanş kimi istifadə edə bilərsən. Amma bu oyun üçün belə bir şey yox idi.


.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest