Heyətini Kristiano Ronaldo ilə gücləndirən "Mançester Yunayted"in rəqibi "Nyukasl" olub. "Qırmızı şeytanlar" məhz portuqaliyalı hücumçunun dublu sayəsində bu oyunda darmadağına seviniblər.

Futbol üzrə İngiltərə Premyer Liqasında 4-cü tura start verilib. Matc.az xəbər verir ki, turun əksər qarşılaşmaları ilk oyun gününə təsadüf edib.
 
Lider "Tottenhem" səfərdə "Kristal Pelas"ın qonağı olub. Bu tura qədər itkisiz gəlmiş London təmsilçisi bu dəfə darmadağına üzülüb.
 
üç turdan sonra 0 xalla sonuncu pillədə qərarlaşan "Arsenal" doğma meydanda "Norviç Siti" ilə qarşılaşıb. "Topçular" nəhayət bu oyundan qələbə ilə ayrılmağı bacarıblar. "Mançester Siti" də "Lester Siti"nin qonağı olub və 3 xalı tək qolla qazanıb.
 
Heyətini Kristiano Ronaldo ilə gücləndirən "Mançester Yunayted"in rəqibi "Nyukasl" olub. "Qırmızı şeytanlar" məhz portuqaliyalı hücumçunun dublu sayəsində bu oyunda darmadağına seviniblər. London "çelsi"si isə "Aston Villa" ilə səfər oyunundan 3 cavabsız qolla qalib ayrılıb.
 
İngiltərə Premyer Liqası
4-cü tur
11 sentyabr
 
Kristal Pelas – Tottenhem 3:0
Qol: Zaha, 75-pen. Eduard, 84; 90+2.
 
Arsenal – Norviç Siti 1:0
Qol: Obameyanq, 66.
 
Brentford – Brayton 0:1
Qol: Trossard, 90.
 
Lester Siti – Mançester Siti 0:1
Qol: B.Silva, 62.
 
Mançester Yunayted – Nyukasl 4:1
Qol: Ronaldo, 45+2; 62. B.Fernandes, 80. Linqard, 90+2 – Mankilyo, 56.
 
Sauthempton – Vest Hem 0:0
 
Uotford – Vulverhempton 0:2
Qol: Syerralta, 74-öz qapısına. Huanq, 83.
 
çelsi – Aston Villa 3:0
Qol: Lukaku, 15; 90+3. Kovaçiç, 49.
 
12 sentyabr
 
19:30. Lids – Liverpul
 
13 sentyabr
 
23:00. Everton – Bernli

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest