"Oyunçularla dostuq, qardaşıq. Həmişə də elə rəftar etmişəm. Məğlubiyyətdə də futbolçularımın arxasındayam. İnşallah axıra qədər də belə olacaq".

"İlk növbədə "Səbail"i qələbə münasibətilə təbrik edirəm. Əlbəttə, çətin səfər olacağını düşünürdük. Milli fasilədən sonra çempionatın ab-havasına keçmək lazım idi". Matc.az xəbər verir ki, bunu Premyer Liqanın III turunda "Səbail"lə oyundan sonra "Sumqayıt"ın  baş məşqçisi Ayxan Abbasov

0:1 hesablı məğlubiyyəti şərh edən Abbasov meydan amilini qabardıb: "İlk yarıda qol imkanlarından istifadə edə bilmədik. Hesabda irəli də çıxa bilərdik. İkinci hissədə futbolçularım konsentrasiyanı ani itirdilər. Qol buraxdıq. Sonra "Səbail" yaxşı müdafiə olundu. Qol imkanlarımız oldu. Əlbəttə, çempionat gərgin keçəcək. Belə məğlubiyyətlər də, qələbələr də olacaq. ötən mövsüm də bu tip hadisələrlə rastlaşdıq. Hər xal bizim üçün önəmlidi. İstəyirdik ki, bu oyundan xalla ayrılaq. Amma hələ çempionatın əvvəlidi. Bunu futbolçularıma da bildirdim. Tez bir zamanda toparlanıb, oyunu təhlil edib, səhvlərimizdən nəticə çıxararaq gələn oyunlara hazırlaşacağıq".

- Buraxdığınız qolla bağlı fikirlərinizi öyrənmək istəyirik. Futbolçularınız etiraz etməkdə haqlı idi?
- Mən də baxdım. Amma gərək bir də dəqiq baxım. Futbolçular hakimdən məsafəni istəməyiblərsə, deməli, referi haqlıdı. Oyunçunun yerdə uzanması, ona yardım edilməsindən sonra bizim futbolçular sakitləşdilər. Hər şəraitə hazır olmalıyıq. Həmin an bizim komandan kimsə vəzifəni öz üzərinə götürməliydi. Elə boşluq verilməməlidi. Qol epizodları digər oyunlara nisbətən az oldu.

- İlk məğlubiyyəti artıq 3-cü turda, özü də "Səbail"dən almağınız bir qəza idi, yoxsa futbolçuların yığmanın düşərgəsindən yorğun qayıtmasının təsiri? Bir də futbolçularınızla münasibətdə diktator təsiri bağışlayırdız. Hətta hansısa oyunçuya "öldürərəm səni" dediz.
- Milli fasilədən gəliriksə, yorğunluq olmalıdı demək bəhanə olar. Deyəcəklər ki, məğlub olduğuna görə bunu bəhanə edir. Futbolçularım milliyə yollananda da dedim ki, buna öyrəşməliyik. çünki bu dünyanın hər yerində var. Oyunçuların psixologiyasını dəyişməliyik. Yığmadan gələndən 3-4 gün sonra çempionat oyununa hazır olmaq lazımdı. Əlbəttə, təsiri var. Bəzi futbolçularımız millinin bütün qarşılaşmalarında 90 dəqiqə meydanda oldular. Bunlar amildi. Amma bəhanə olmalı deyil. İkinci sualınıza gəlincə, oyun vaxtı belə məqamlar yaşana bilir. Ən sevmədiyim hal futbolçunun təkbətək mübarizələrdən çəkinməsidi. Həm də o oyunçuya yüngülvari xəbərdarlıq idi. Diktator deyiləm. Biz oyunçularla dostuq, qardaşıq. Həmişə də elə rəftar etmişəm. Məğlubiyyətdə də futbolçularımın arxasındayam. İnşallah axıra qədər də belə olacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest