Polşa mətbuatı yay fasiləsində Ekstraklasaya keçən futbolçuların çıxışını dəyərləndirib. Matc.az xəbər verir ki,  yerli KİV arasında Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin də olduğu bir neçə oyunçunun çıxışını yüksək dəyərləndirib.
 
24 yaşlı forvard bu yay Polşa çempionatına üz tutan ən yaxşı futbolçular sırasında göstərilib. Mahirlə yanaşı, Vladan Kovaçeviç ("Rakov"), Mixal Pazdan ("Yagelloniya"), Kamil Qrosiçki ("Poqon"), Lukaş Podolski ("Qornik"), Joao Amaral ("Lex"), Damian Kadzior ("Pyast"), Mayk Navroçki ("Legiya") və Matey Hanuşek ("Visla") də Ekstraklasanın bəzəyi hesab olunur.
 
Həmkarlarımız hesab edir ki, adlarıçəkilən, xüsusən də, Kovaçeviç və Emrelinin daha böyük çempionata yüksək məbləğə keçəcək.
 
Qeyd edək ki, Azərbaycan millisinin üzvü "Legiya" ilə 2+1 illik müqavilə bağlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest