Azərbaycanlı yarımmüdafiəçi Orxan Qurbanlı futbol üzrə Moldova çempionatında növbəti matçına çıxıb. Matc.az xəbər verir ki, onun formasını geyindiyi "Dinamo-Avto" ölkə çempionatının 9-cu turu çərçivəsində səfərdə "Sfintul George" ilə qarşılaşıb.
 
Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0. Orxan da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.
 
"Dinamo-Avto" bu mövsüm Moldova çempionatında keçirdiyi 9 oyunda 8 xal toplayıb və 8 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest