İtaliyanın "Kalyari" komandasının baş məşqçisi Leonardo Semplitsi istefaya göndərilib. Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
54 yaşlı mütəxəssis uğursuz nəticələrə görə istefaya göndərilib.
 
Semplitsi bu ilin fevralından "Kalyari"yə rəhbərlik edirdi. Komanda cari mövsüm A Seriyasında 3 oyuna 1 xal qazanıb.
 
Bu gün A Seriyasının digər təmsilçisi "Verona" da baş məşqçisi Eusebio Di Françeskonun istefaya göndərildiyini açıqlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest