"Qalatasaray" Aleksey Batrakovun transferi üçün "Lokomotiv"ə ödənişi 5 mərhələdə etmək istəyib.

Matc.az xəbər verir ki, bu barədə "Fotomac" nəşri məlumat yayıb.

Bildirilir ki, Türkiyə klubu 21 yaşlı yarımmüdafiəçi üçün 25 milyon avro ödəməyə hazır olduğunu bildirib.

"Qalatasaray" rəhbərliyi bu məbləği 2,5 il ərzində 5 bərabər hissəyə bölərək ödəməyi öhdəsinə götürüb. Lakin bu təklif Rusiya komandasını qane etməyib.

Eyni zamanda klubların ortaq məxrəcə gəlmək üçün danışıqları davam etdirdiyi qeyd olunur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest