PSJ komandası 2026-cı il UEFA Superkubokundakı qələbədən sonra transfer bazarında işini yenidən davam etdirməyə hazırdır.
Matc.az xəbər verir ki, bu barədə jurnalist və insayder Fabrisio Romano X sosial şəbəkəsində məlumat yayıb.
Bildirilir ki, parislilərin belçikalı vinger Mika Qodtsun transferi ilə bağlı "Ayaks" klubunu qane edəcək və keçidi başa çatdıracaq yeni təklif irəli sürəcəyi gözlənilir.
Bundan əlavə, "Barselona"nın ispaniyalı hücumçusu Ferran Torresin tezliklə komandaya qoşulacağı qeyd olunur.
Həmçinin "qırmızı-göylər"in "Parma"nın yaponiyalı qapıçısı Zion Suzukinin keçidi üçün rəsmi addımlar atacağı bildirilir ki, futbolçunun özü ilə artıq şifahi razılıq əldə olunub.
Qeyd edək ki, Fransa nəhəngi titul uğrunda oyunda "Aston Villa" komandasına 2:1 hesabı ilə qalib gəlib.













