13 Avqust 2026, 20:42
FUTBOL
İngiltərənin "Liverpul" klubunun keçmiş futbolçusu Albert Riera Serbiyanın "Srvena Zvezda" klubunun baş məşqçisi postuna təyin olunmağa yaxındır.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano X sosial şəbəkəsində məlumat yayıb.
Bildirilir ki, ispaniyalı mütəxəssis yeni klubu ilə artıq müqavilə imzalayıb. Tərəflər arasında razılıq agent Endi Baranın vasitəçiliyi ilə əldə olunub.
Albert Riera "Srvena Zvezda"da Moskva "Spartak"ının sabiq baş məşqçisi Deyan Stankoviçi əvəz edəcək.
44 yaşlı mütəxəssisin son iş yeri Frankfurtun "Ayntraxt" klubu olub və o, komandanı 2026-cı ilin fevralından mayınadək çalışdırıb.












