Futbol üzrə UEFA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədlər açıqlanıb. Matc.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, həftənin ən yaxşısı adına dörd namizəd var.
 
Bunlar Kristofer Nkunku (“Leyptsiq”, Almaniya), Robert Levandovski (“Bayern”, Almaniya), Sebastyan Haller (“Ayaks”, Niderland) və Cud Bellingemdir ("Borussiya", Dortmund, Almaniya).
 
Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında aparılan səsvermədən sonra bəlli olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest