PSJ Fransa Liqa 1-in 7-ci turunda səfərdə "Mets"lə qarşılaşacaq. Matc.az xəbər verir ki, Paris təmsilçisinin heyətində Lionel Messi, Marko Verratti və Serxio Ramos zədə səbəbindən bu görüşü buraxacaq.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Hər üç futbolçu "Mets"lə oyunun heyətinə salınmayıb.
 
Bu gün keçiriləcək "Mets" – PSJ matçına saat 23:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest