UEFA-ya üzv ölkələr FİFA-nın qarşıdakı prezident seçkilərində irəli sürəcəkləri namizədi müəyyənləşdiriblər.

Matc.az xəbər verir ki, bu barədə "GiveMeSport" nəşri məlumat yayıb.

Bildirilir ki, Avropadan namizədin polşalı hüquqşünas və iş adamı Dariuş Mioduski olacağı gözlənilir. O, Varşavanın "Legiya" klubunun sahibidir. Mioduskinin namizədliyini ən fəal şəkildə Bosniya və Herseqovina, Norveç, İsveç, Almaniya və İspaniya federasiyaları dəstəkləyir.

Avropa ölkələri PSJ-nin sahibi Nasser Əl-Xəlaifinin də namizədliyini dəstəkləmək istəyiblər, lakin onun FİFA prezidenti olmaq iddiası yoxdur. Mioduskinin potensial rəqibləri KONKAKAF zonasından Viktor Montalyani və Afrikadan Patris Motsepe ola bilər.

Xatırladaq ki, FİFA prezidentliyinə növbəti seçkilər 2027-ci ilin martında keçiriləcək. Daha əvvəl UEFA ölkələrinin FİFA-nın hazırkı rəhbəri Canni İnfantinonun fəaliyyətindən narazı olduqları və növbəti seçkilərdə onu vəzifəsindən uzaqlaşdırmaq yollarını aradıqları bildirilirdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest