İspaniya millisinin vingeri Lamin Yamal böyük turnirlərdə beynəlxalq futbolun unikal rekorduna imza atıb.
Matc.az xəbər verir ki, bu barədə "Opta" statistika portalı məlumat yayıb.
Bildirilir ki, 19 yaşlı vunderkind bu uğuru 2026-cı il dünya çempionatının yarımfinalında Fransaya qarşı keçirilən oyundan sonra aktivinə yazdırıb. "Qırmızı furiya" həmin matçda 2:0 hesablı inamlı qələbə qazanıb, futbolçu özü isə penalti qazandırıb.
Bu nəticə sayəsində "Barselona"nın ulduzu dünya və Avropa çempionatlarında start heyətində meydana çıxdığı ardıcıl 12-ci qarşılaşmada qələbə sevinci yaşayıb. O, futbol tarixində belə bir qələbə seriyasına nail olan ilk oyunçu olub.
Ümumilikdə Lamin Yamal milli komandanın heyətində artıq 32 matç keçirib. Bu oyunlarda o, 7 qol vurub və 13 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, finalda İspaniya İngiltərə – Argentina cütünün qalibi ilə qarşılaşacaq. Həlledici oyun iyulun 19-da baş tutacaq.













