"Lill"in və Mərakeş millisinin mərkəz yarımmüdafiəçisi Əyyub Buaddi karyerasını "Mançester Siti"də davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə insayder Devid Ornşteyn məlumat yayıb.

Bildirilir ki, Buaddi 2026-cı il dünya çempionatının kəşflərindən biri olub və bundan sonra aparıcı klubların 18 yaşlı mərakeşliyə marağı daha da artıb. Ən ciddi maraq isə "Mançester Siti" tərəfindən göstərilir.

Buaddi özü gələcəyi ilə bağlı hələ qərar verməyib. O, tezliklə tətildən qayıdacaq və bundan sonra gələcək karyerasını "Lill" rəhbərliyi ilə müzakirə edəcək.

Fransa klubunun oyunçusu üçün 100 milyon avro tələb edəcəyi gözlənilir. Buaddinin "Lill" ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest