15 İyul 2026, 16:10
FUTBOL
"Səbail" 29 yaşlı vinger Ehtiram Şahverdiyevlə rəsmi müqavilə imzalayıb.
"Səbail" klubu yeni mövsüm öncəsi transfer çalışmalarını davam etdirərək heyətini daha bir təcrübəli futbolçu ilə gücləndirib.
Matc.az xəbər verir ki, bu barədə I Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, paytaxt təmsilçisi 29 yaşlı vinger Ehtiram Şahverdiyevlə rəsmi müqavilə imzalayıb.
Karyerası ərzində ölkəmizin bir neçə fərqli klubunda çıxış edən təcrübəli oyunçunun transferi, I Liqada çempionluq hədəfləyən komandanın hücum xəttindəki rəqabəti artırmaq məqsədi daşıyır.
Xatırladaq ki, Ehtiram Şahverdiyev son olaraq "Kəpəz"in şərəfini qoruyub.













