Futbol üzrə 2026-cı il dünya çempionatı bütün həyəcanı ilə davam edir.
Matc.az xəbər verir ki, bu gün 1/4 final mərhələsinin növbəti oyunu keçiriləcək.
Yarımfinala vəsiqə uğrunda mübarizədə Norveç İngiltərə millisi ilə üz-üzə gələcək.
Bu oyunun qalibi yarımfinalda Argentina - İsveçrə cütün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, futbol tarixində ilk dəfə olaraq üç ölkənin – ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi ilə keçirilən dünya çempionatı 11 iyun – 19 iyul 2026-cı il tarixləri arasında təşkil olunur.
DÇ-2026
1/4 final
11 iyul
01:00. Norveç - İngiltərə
Baş hakim: Kleman Tyürpen
Baş hakimin köməkçiləri: Nikolas Danos, Benjamin Pajes
Dördüncü hakim: Alexandro Ernandes
VAR:
AVAR:
Dəstək VAR hakimi:
"Hard Rok Stadium" stadionu (Mayami)













