Azər də bu görüşün iştirakçısı olub. O, ilk dəqiqələrdən mübarizə apardığı matçın sonunadək meydanda olub. "Ufa"nın heyətində penaltini yerinə yetirən ilk futbolçu da Əliyev olub və hədəfdən yayınmayıb.

Futbol üzrə Rusiya kubokunda qrup mərhələsinin oyunları keçirilir. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi "Ufa" da növbəti matçına çıxıb.
 
Sözügedən komanda səfərdə "Legion Dinamo" ilə qarşılaşıb. Oyunun əsas vaxtı 1:1 hesabıyla başa çatıb. Qalib isə penaltilər seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən "Ufa" 2:0 hesabıyla qalib gəlib.
 
Azər də bu görüşün iştirakçısı olub. O, ilk dəqiqələrdən mübarizə apardığı matçın sonunadək meydanda olub. "Ufa"nın heyətində penaltini yerinə yetirən ilk futbolçu da Əliyev olub və hədəfdən yayınmayıb.
 
Digər azərbaycanlı futbolçu Ayaz Quliyevin komandası – Tula "Arsenal"ı da səfərdə Bryansk "Dinamo"su ilə üz-üzə gəlib. Zədədən əziyyət çəkən Ayaz komandasının 6:1 hesablı qələbəyə sevindiyi oyunda iştirak etməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest