Premyer Liqanın 2021/22 mövsümündə ilk qolsuz oyun keçirilib. Matc.az xəbər verir ki, bu, V tura təsadüf edib. Turun ikinci günündəki "Sumqayıt" – "Qəbələ" görüşü 0:0 hesabı ilə başa çatıb. Cari mövsümün əvvəlki 19 qarşılaşmasında 4 bərabərlik  qeydə alınsa da, onların üçündə 1:1, birində 2:2 hesabına təsadüf olunub.
 
ölkə çempionatları tarixində bir dəfə 0:0 hesabı daha gec qeydə alınıb. Bu, 2003/04 mövsümünə təsadüf edib. Həmin vaxt ilk qolsuz matç VI turda  gerçəkləşib. 2018/19 və 2019/20 mövsümlərində isə ilk 0:0 hesabı indiki kimi V tura təsadüf edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest