Futbol üzrə Türkiyə milli komandasının yeni baş məşqçisi Ştefan Kuntsun köməkçiləri məlum olub. Matc.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
 
Xəbərdə, türkiyəli Kənan Koçak və alman Yan-Morits Lixtenin baş məşqçi Kuntsa köməkçi təyin edildikləri bildirilib. Hər iki məşqçi ilə 3 illik müqavilə imzalanıb.
 
Kunts sentyabrın 21-də Türkiyə yığmasına baş məşqçi təyin olunub. Onunla da 3 illik müqavilə imzalanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest