Moldovanın "Şerif" komandasının futbolçusu Sebastyan Till çempionlar Liqasında "Real"ı məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.
 
Matc.az xarici mətbuata istinadən xəbər verir ki, 90+1-ci dəqiqədə komandasının qələbə qolunu vuran Till, bunları deyib:
 
"çox xoşbəxtəm. Möhtəşəm oyun keçirdik. Ayaqlarım ağrıyır, çox qaçmalı oldum. Bununla yanaşı, möhtəşəm qol da vurdum.
 
Bunu qeyd edəcəyik, amma sonra yenidən çempionat oyunlarına köklənəcəyik. çətin qrupumuz var. Bacardığımız hər şeyi edəcəyik. Şübhəsiz ki, karyeramın ən vacib qolunu vurdum".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest