Bu gün "Keşlə" Futbol Klubunun nəzdində fəaliyyət göstərən Uşaq-Gənclər Futbol Məktəbinin (UGFM) üzvlərinə yeni idman formalarının təqdimat mərasimi keçirilib.
 
Matc.az xəbər verir ki, mərasimdə iştirak edən "Keşlə"nin İdarə Heyətinin sədr müavini Elşan Abasov uşaq və gənc futbolçulara yeni tədris ilində müvəffəqiyyətlər arzulayıb və qarşıdan gələn çempionat yarışlarında uğurlar diləyib.
 
Sonra UGFM-in yetirmələrinə, məşqçi və texniki heyət üzvlərinə yeni idman formaları təqdim edilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest