Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 10-cu turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu "Şalke"nin ikinci komandası da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Vuppertaler"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:3.
 
Rüfət də bu oyunun iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb.
 
"Şalke II" bu nəticədən sonra 11 xalla 20 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest