"Roma"nın baş məşqçisi Joze Mourinyo İtaliya A Seriyasında yeni rekorda imza atıb. Matc.az xəbər verir ki, 58 yaşlı mütəxəssis buna ölkə çempionatının 7-ci turunda evdə "Empoli"ni 2:0 hesabı ilə məğlub etdikləri görüşdə nail olub.
 
Portuqaliyalı baş məşqçi A Seriyasında ardıcıl 42-ci ev oyununda uduzmayıb. Bu, 1994/1995 mövsümündən sonra mütləq rekorddur.
 
Qeyd edək ki, Joze Mourinyo 2008-2010-cu illərdə İtaliyada "İnter" klubunda işləyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest