17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində çıxış etmək üçün hazırda Belçikada səfərdə olan Azərbaycan milli komandasının 3 futbolçusunun – Həmzəalı Mikayılov (müdafiəçi, "Sabah"), Adəm Topalov (yarımmüdafiəçi, "Səbail") və İbrahim Ağayarovun (yarımmüdafiəçi, "Qarabağ") koronavirus testi pozitiv nəticələnib.
 
Matc.az xəbər verir ki, bununla əlaqədar, Belçikanın daxili qanunları nəzərə alınaraq, bu gün Azərbaycan millisinin digər üzvlərindən daha bir dəfə koronavirus testi götürüləcək.
 
Təqvimə əsasən bu gün – oktyabrın 6-da keçirilməsi nəzərdə tutulmuş Azərbaycan – Norveç oyunu qeyri-müəyyən müddətə təxirə salınıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest