09 Oktyabr 2021, 01:21
TOP OYUNLARI
Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Voleybol Federasiyasının fəaliyyəti ilə tanış olub. Matc.az xəbər verir ki, nazir yeniyetmə və gənc voleybolçularla görüşüb, onların məşq proseslərini izləyib.
Qayıbov Voleybol Federasiyasında yaradılmış şəraitlə də maraqlanıb.
Federasiyasının 1-ci vitse-prezidenti Faiq Qarayev nazirə qururumun fəaliyyəti, yarışlara hazırlıq, regionlarda voleybol bölmələrinin təşkili, gənc idmançılarla işin qurulması, çətinliklər, federasiyanın gələcək planları barədə məlumat verib. Qeyd olunan məsələlər ətrafında fikir mübadilələri aparılıb.
Görüşdə federasiyanın baş katibi Cəlil Cəfərov, vitse-prezident Əbülfəs Hüseynov, baş koordinator Zöhrab Gözəlbəyli və yeniyetmələrdən ibarət milli komandanın baş məçqçisi Alla Həsənova iştirak ediblər.