Uzun fasilədən sonra Azərbaycan millisinə qayıdan Rüfət Dadaşovun dönüşü rəsmiləşir. Matç.az saytı xəbər verir ki, hücumçu bir neçə dəqiqədən sonra yenidən yığmanın heyətində meydana çıxacaq.

Farer adaları ilə Millətlər Liqasının III turunun qarşılaşmasının start heyətində yer alan Rüfətin dönüşü Torshavnda rəsmiləşəcək. Hücumçu bunadək son matçını da səfərdə keçirmişdi.

Maraqlıdı ki, 4 il öncə yığmada şans qazanan Dadaşov həmin vaxt da oktyabrda şans qazanmışdı. O, 2014-cü il oktyabrın 11-də AVRO-2016-nın Palermodakı seçmə matçında İtaliyaya qarşı forma geyinib. 1:2 hesablı məğlubiyyət zamanı Rüfət start heyətində meydana çıxıb, 59 dəqiqə oynayıb və sarı vərəqə alıb.

Dadaşov Palermodakı oyundan 4 il 1 gün, yəni 1462 gün sonra yenidən millidə meydana çıxır.

Qeyd edək ki, 27 yaşlı forvard yığmada 17-ci oyununu keçirəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest