Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin ikinci koronavirus testi neqativ çıxıb. Matc.az xəbər verir ki, bu barədə 24 yaşlı futbolçunun çıxış etdiyi Polşanın "Legiya" klubunun mətbuat xidmətinin rəhbəri İzabela Kruq "Tvitter" hesabında paylaşım edib. O, Mahirin ikinci koronavirus testinin nəticəsinin neqativ çıxdığını bildirib.
 
AFFA Mahir Emrelinin birinci koronavirus testinin nəticəsinin müsbət olduğunu və bu səbəbdən, hücumçunun Dç-2022-nin Serbiya ilə səfər matçında iştirak etməyəcəyini açıqlayıb.
 
Bu gün keçiriləcək Serbiya – Azərbaycan matçına saat 22:45-də start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest