Xorvatiyanın U-21 milli komandasının baş məşqçisi İqor Bişçan Aç-2023-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasına qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 5:1 hesabıyla qalib gəldikləri matçdan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:
 
"Komandamdan və bu oyundan məmnun qaldım. Hesab oyunun asan olduğu kimi görünə bilər, amma elə deyil. Mən bilirəm ki, bura gələn başqa komandalar üçün heç də asan olmayıb. Bütün oyunçularımdan razıyam, bu oyunu ciddi qəbul etdilər. çox həvəsli idilər və onların oyuna yanaşması möhtəşəm idi. Biz seçmələrdə uğurlu çıxışımızı davam etdiririk".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest