Argentina yığmasının baş məşqçisi Lionel Skaloni 2026-cı il dünya çempionatının finalı ərəfəsində İspaniya seçməsindən çəkinib-çəkinmədiyi ilə bağlı sualı cavablandırıb.

Matc.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.

Bildirilir ki, təcrübəli mütəxəssis rəqibin gücünə diqqət çəkərək fikirlərini bölüşüb.

"İspaniya yığması oteldən çıxan kimi mən narahat olmağa başlayacağam. Onlar avtobusa əyləşib stadiona yollananda mən narahat olmağa başlayacağam. Bu, möhtəşəm bir komandadır. İspaniya yığmasında məni demək olar ki, hər şey narahat edir. Onların heyətində dünyanın ən böyük turnirlərində oynamış futbolçular var və bir çoxu öz klublarının liderləridir.

Matç başlayanda və top hərəkətə gələndə oyunçular təzyiqi unudur və tam olaraq oyuna köklənirlər. Onlar artıq Avropa çempionatının və Millətlər Liqasının finalında oynayıblar, buna görə də böyük təcrübəyə malikdirlər. Bizim ardıcıl ikinci dəfə finala yüksəlməyimizin bizə hər hansı bir üstünlük verəcəyini düşünmürəm", deyə Skaloni açıqlama verib.

Xatırladaq ki, İspaniya və Argentina yığmaları arasında dünya çempionatının final oyunu iyulun 19-da keçiriləcək

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest