"Roma"nın mərkəz müdafiəçisi Canluka Mançini və dayaq yarımmüdafiəçisi Brayan Kristante klubla müqavilələrini yeniləyiblər.
Matc.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Kristante ilə sözləşmənin müddəti 2 il – 2028-ci ilin iyun ayının sonuna qədər uzadılıb. Mançini ilə yeni müqavilə isə ondan 1 il daha çox, yəni 2029-cu ilin yayına qədər qüvvədə olacaq.
İtaliya millisinin üzvləri olan hər iki futbolçunun əvvəlki müqavilələrinin müddəti 2027-ci ilin yayında başa çatırdı.
Hər iki oyunçu paytaxt təmsilçisinə "Atalanta"dan keçib. Kristante 2018-ci ilin yayında, Mançini isə ondan 1 il sonra komandaya qoşulub.
"Canavarlar" daha əvvəl azad agent statusu ala biləcək ulduz hücumçusu, argentinalı Paulo Dibala ilə də müqaviləni yeniləyib.
Lakin "Roma" "Çelsi" və "Mançester Yunayted"in transfer etmək uğrunda mübarizə apardığı Fransa millisinin yarımmüdafiəçisi Manu Koneni itirə bilər.













