Yığmada 11-ci matçını keçirən cənubi amerikalı bunadək yalnız 1 dəfə fərqlənmişdi. Bu, martın 27-də Makedoniya ilə yoxlama oyununda (1:1) baş verib. 198 gün öncə Riçard penaltidən fərqlənib.

Braziliyalı yarımmüdafiəçi Riçard Almeyda Azərbaycan millisində 2-ci qolunu vurub. Matç.az saytı xəbər verir ki, milliləşən legioner Millətlər Liqasının III turunun Farer adaları ilə səfər görüşündə hesabı açıb.

Yığmada 11-ci matçını keçirən cənubi amerikalı bunadək yalnız 1 dəfə fərqlənmişdi. Bu, martın 27-də Makedoniya ilə yoxlama oyununda (1:1) baş verib. 198 gün öncə Riçard penaltidən fərqlənib.

Torshavndakı qol Almeydanın rəsmi xarakterli turnirlərdə ilk topu olub. Bunadək yoxlama oyununda rəqib qapısına yol tapan yarımmüdafiəçi 8-ci rəsmi matçında ilkə imza atıb. O, dünya və Avropa çempionatlarının seçmə oyunları və Millətlər Liqasında qol sevinci yaşayan 33-cü futbolçumuz kimi tarixə düşüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest