Şotlandiyanın "Aberdin"in klubunun prezidenti Deyv Kormak Avropa Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"a qarşı keçirdikləri oyunları xatırlayıb.

Şotlandiyanın "Aberdin"in klubunun prezidenti Deyv Kormak Avropa Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"a qarşı keçirdikləri oyunları xatırlayıb. Matc.az xəbər verir ki, o, Azərbaycan təmsilçisinə məğlubiyyətə görə çox tənqid olunduqlarını söyləyib:
 
"Komandanın qısa müddətdə avrokubokların qrup mərhələsinə vəsiqə qazanmasını gözləmək düzgün deyil. Azərbaycan təmsilçisi ilə matçlara görə bizi qınayanlar çox oldu. Amma nəzərə almaq lazımdır ki, "Aberdin" 14 ildən sonra ilk dəfə avrokubokların pley-off mərhələsində çıxış edirdi. Heç kim komandanın 1 gecənin içində qruplara qalacağına söz verməmişdi".
 
Xatırladaq ki, "Qarabağ" "Aberdin"i Bakıdakı ilk oyunda 1:0, səfərdə isə 3:1 hesabıyla məğlub etmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest