Bu gün UEFA Konfrans Liqasında I təsnifat mərhələsinin cavab oyunları keçirilir.

Matc.az xəbər verir ki, ölkəmizi bu turnirdə təmsil edən "Zirə" səfərdə Gürcüstanın "Torpedo" (Kutaisi) kollektivi ilə qarşılaşıb.

Kutaisidəki "Şengeliya Arena"da baş tutan qarşılaşma təmsilçimizin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hər iki oyunda rəqibini eyni hesabla məğlub edən Rəşad Sadıqovun komandası II mərhələyə yüksəlib.

Qeyd edək ki, "Zirə" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Estoniyanın "Payde" komandası ilə qarşılaşacaq.

UEFA Konfrans Liqası
I təsnifat mərhələsi, cavab oyunu

16 iyul (cümə axşamı)

"Torpedo" – "Zirə" - 0:3 
Qollar: Eren Aydın, 25, 70, Amin Seydiyev, 39
(İlk oyun - 0:3)

Baş hakim: Mihali Kapray
Baş hakimin köməkçiləri: İstvan Albert, Bense Belitsa
Dördüncü hakim: Marsel Derdak
"Şengeliya Arena" stadionu (Kutaisi) 

"Torpedo": 1. Qoşadze, 15. Kuprava, 24. Latsabidze, 4. Şimiç, 33. Stamatov, 20. Skorup, 7. Mamuçaşvili(k), 22. Bukia, 11. Arabidze, 9. Andriç, 14. Felipe Pires
Ehtiyat oyunçular: 31. Klyayiç, 38. Kopaliani, 5. Nadaraya, 6. Şerif, 8. İtrak, 29. Çitaişvili, 30. Antia, 35. Deysadze, 36. Pridonishvili, 39. Pinson
Baş məşqçi: Dirk Şuster

"Zirə": 13. Aydın Bayramov, 2. Amin Seydiyev, 5. Anj Mutsinzi, 4. Ruan Renato, 32. Qismət Alıyev(k), 93. Brahim Konate, 21. Guima, 17. Vieyrinya, 7. Eren Aydın, 11. Junior Martinş, 9. Davit Volkov
Ehtiyat oyunçular: 72. Hüseynəlu Quliyev, 99. Səlim Həşimov, 6. Hacıağa Hacıyev, 8. İsmayıl İbrahimli, 10. Giorgi Papunaşvili, 14. Elçin Əlicanov, 20. İssa Cibrilla, 22. Ayxan Hüseynov, 29. Krismael, 57. Yusif Hacıyev, 70. Namik Ələsgərov, 77. Yeqor Boqomolski
Baş məşqçi: Rəşad Sadıqov

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest