Argentina millisinin baş məşqçisi Lionel Skaloni 2026-cı il dünya çempionatının yarımfinalında İngiltərə üzərində qazanılan əzmkar qələbədən (2:1) razı qalıb.

Matc.az xəbər verir ki, "ağ-göylər"in çalışdırıcısı komandasının bu vacib qələbəsində azarkeşlərin rolunu və böyük töhfəsini xüsusi qeyd edib.

"Sözüm yoxdur, sadəcə sözüm yoxdur. Bu, ölkəmiz, xalqımız üçün böyük sevincdir. Keçən gün də demişdim ki, bu komanda məni təəccübləndirməkdən əl çəkmir. Sizə dürüst deyim: qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Meydanda hər şeyimizi qoyacağıq.

Bu uşaqların tam olaraq nə nümayiş etdirdiyini insanlara izah etmək çox çətindir. Bu, inanılmazdır. Biz fərqliyik, həqiqətən. Bu, təkəbbür deyil, ürəkdən gələn sözlərdir. Biz fərqliyik. Bu gün məhz azarkeşlərimiz bizə qələbə qazanmağa kömək etdi və mən onlara buna görə sonsuz dərəcədə minnətdaram".

Qeyd edək ki, DÇ-2026-nın finalında Skaloninin yetirmələri İspaniyaya qarşı oynayacaqlar. İyulun 19-na planlaşdırılan görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Bu, "ağ-göylər" üçün ardıcıl ikinci dünya çempionatı finalıdır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest