"Neftçi"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.
"Neftçi"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.
Matc.az xəbər verir ki, "ağ-qaralar" Belarus təmsilçisi "Dinamo" (Minsk) ilə qarşılaşacaq.
"Dinamo" I təsnifat mərhələsində Şimali Makedoniyanın "Sileks" komandasını iki oyunun yekununa əsasən mübarizədən kənarlaşdıraraq "Neftçi"nin rəqibi olub. İlk görüşdə rəqibinə 0:1 hesabı ilə uduzan Minsk təmsilçisi cavab matçında 1:0 hesabı ilə qalib gəlib. Penaltilər seriyasında 6:5 hesabı ilə üstün olan Belarus klubu növbəti mərhələyə yüksəlib.
Qeyd edək ki, "Neftçi" üçün UEFA Konfrans Liqasının bu mövsümündə mübarizə məhz II təsnifat mərhələsindən başlayacaq. İlk oyun iyulun 23-də Bakıda, cavab qarşılaşması isə iyulun 30-da səfərdə keçiriləcək.













