"Opta Analyst" analitik portalının superkompüteri turnirin yarımfinal mərhələsi başa çatdıqdan sonra 2026-cı il dünya çempionatının əsas favoritini müəyyənləşdirib.
Matc.az xəbər verir ki, bu barədə "Opta Analyst" platforması məlumat yayıb.
Bildirilir ki, finala gedən yolda Fransanı üstələyən İspaniya millisinin 2026-cı il dünya çempionatında zəfər qazanmaq şansı digər rəqibinə nisbətən bir qədər yüksək qiymətləndirilir. "Futbol kahini" ispanların kuboku başı üzərinə qaldırmaq ehtimalını 56,05% olaraq görüb. Eyni zamanda, superkompüter rəqibin əsas vaxtda qələbəsinə 45,1% şans tanıyıb.
Qeyd edək ki, "Furiya Roxa" turnir başlamazdan əvvəl də 16,1% göstərici ilə "Opta"ya görə yarışın əsas favoriti hesab olunurdu.
İngiltərə üzərindəki əzmkar qələbədən sonra finala adlayan son dünya çempionu Argentina isə yarışın startından qabaq cəmi 10,4% şansla ilk "beşliy"ə daxil idi.
Hazırda argentinalıların titulunu qoruması və kuboku qazanması şansı 43,95%, əsas vaxtda qələbəsi isə 29,4% təşkil edir.












