Millətlər Liqasının IV turunda Azərbaycan millisi ilə üz-üzə gələcək Malta yığması ciddi itki ilə üzləşib. Matç.az saytı xəbər verir ki, ada təmsilçisinin kapitanı Maykl Mifsud oktyabrın 14-də Bakıda keçiriləcək qarşılaşmada iştirak edə bilməyəcək.

Buna səbəb hücumçunun cəzalı olmasıdı. Mifsud Kosovo hazrda davam edən görüşün 70-ci dəqiqəsində qırmızı vərəqə alıb.

İkinci sarı vərəqə üzündən meydandan qovulan Mifsud növbəti matçı buraxmalıdı.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest