Futbol üzrə İngiltərə Premyer Liqasında 9-cu turun oyunları keçirilir. MAtc.az xəbər verir ki, şənbə günü altı qarşılaşma baş tutub.
 
"Lids" – "Vulverhempton", "Kristal Pelas" – "Nyukasl" və "Sauthempton" – "Bernli" matçlarında qalib müəyyənləşməyib. Yeddi qolun qeydə alındığı "Everton" – "Uotford" matçı qonaqların qələbəsiylə yekunlaşıb.
 
Lider "çelsi" bu turda autsayder "Norviç Siti"ni sınağa çəkib. "Zadəganlar" bu oyunda 7 cavabsız qolla gəlib. "Mançester Siti" isə "Brayton"la səfər matçından darmadağınla ayrılıb.
 
İngiltərə Premyer Liqası
9-cu tur
22 oktyabr
 
Arsenal – Aston Villa 3:1
Qol: Partey, 23. Obameyanq, 45+6. Smit Rou, 56 – Remsi, 82.
 
23 oktyabr
 
çelsi – Norviç Siti 7:0
Qol: Maunt, 8; 85; 90+1. Hadson-Odoi, 18. R.Ceyms, 42. çiluell, 57. Arons, 62-öz qapısına.
 
Kristal Pelas – Nyukasl 1:1
Qol: Benteke, 56 – Uilson, 65.
 
Lids – Vulverhempton 1:1
Qol: Rodriqo, 90+4-pen – Hvan, 10.
 
Everton – Uotford 2:5
Qol: Deyvis, 3. Riçarlison, 62 – Kinq, 13; 80; 86. Kuçka, 78. Dennis, 90+1.
 
Sauthempton – Bernli 2:2
Qol: Livramento, 41. Broya, 50 – Korne, 13; 57.
 
Brayton – Mançester Siti 1:4
Qol: Makallister, 81-pen – İ.Gündoğan, 13. Foden, 28; 31. Mahrez, 90+5.
 
24 oktyabr
 
17:00 Brentford – Lester Siti
17:00 Vest Hem – Tottenhem
19:30 Mançester Yunayted – Liverpul

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest