"Barselona"nın sabiq futbolçusu Xavinin baş məşqçisi olduğu "Əl Sədd" komandası Qətər çempionatında 34 oyundur uduzmur. Matc.az xəbər verir ki, bu, klub tarixinin rekord göstəricisidir.
 
"Əl Sədd" Qətər çempionatının 7-ci turunda "Umm Salal"ı 3:1 hesabıyla məğlub edərək, məğlubiyyətsizlik seriyasını 34 oyuna çatdırıb və rekorda imza atıb.
 
Xavi 2019-cu ildən "Əl Sədd"i çalışdırır. 41 yaşlı mütəxəssis qısa müddət ərzində bu komanda ilə 7 titul qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest