İndiyədək rəsmi matçlarda iki futbolçu - yığmamızın indiki baş məşqçisi Qurban Qurbanov və Vaqif Cavadov hamıdan çox - 5 dəfə fərqlənmişdi. Qurbanova 2-ci şərik olan Nazarov cəmi 3 gündən sonra mütləq rekordçu da ola bilər.
Azərbaycan millisinin bombardirləri sırasında dəyişiklik olub. Matç.az saytı xəbər verir ki, Millətlər Liqasının Farer adaları ilə səfər görüşündə (3:0) fərqlənən Dmitri Nazarov yığmada qol sayını 7-yə çatdırıb.
Bununla, yarımmüdafiəçi millinin 26 illik tarixinin bombardirləri siyahısında "altılığ"a düşüb. Rauf Əliyev, Elvin Məmmədov və branimir Subaşiçə çatan Dmitri 3-6-cı yerləri bölüşür. Onlar ancaq Qurban Qurbanov (14) və Vaqif Cavadovdan (9) geri qalır.
ümumi siyahıda 3-cü yerə şərik çıxan Nazarov həm də rekordu təkrarlayıb. O, rəsmi turnirlər – dünya və qitə çempionatlarının seçmə mərhələləri və Millətlər Liqasında ən çox qol vuran futbolçu ünvanına şəriklərə qoşulub. Belə ki, Dmitri 5-ci belə qolunu vurub.
İndiyədək rəsmi matçlarda iki futbolçu – yığmamızın indiki baş məşqçisi Qurban Qurbanov və Vaqif Cavadov hamıdan çox – 5 dəfə fərqlənmişdi. Qurbanova 2-ci şərik olan Nazarov cəmi 3 gündən sonra mütləq rekordçu da ola bilər. Bunun üçün yarımmüdafiəçi Maltaya qol vurmalıdı.